Ermənistanda daha 20 nəfər koronavirusdan ölüb 

13:24 01.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada daha 934 nəfər COVID-19-a yoluxub.

 

Hafta.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

 

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 262 631-ə çatıb. Son sutkada koronavirusdan 20 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 339-a yüksəlib.

 

Koronavirusa yoluxan 242 569 nəfər sağalıb. Hazırda 13 512 pasiyent müalicə olunur.